Bu günə xəbərlərin oxunma sayı: 666
— 08.04.2026 17:41

Azərbaycan və Qazaxıstan XİN başçıları regional vəziyyəti geniş müzakirə ediblər

Xarici işlər naziri Ceyhun Bayramov ölkəmizdə səfərdə olan Qazaxıstan Respublikasının xarici işlər naziri Yermek Koşerbayev ilə görüşüb.Nazirlər strateji münasibətlərin yüksək səviyyədə olduğunu vurğulayaraq iqtisadiyyat, enerji, nəqliyyat-logistika və digər sahələrdə əməkdaşlığın genişləndiyini bildiriblər. Orta Dəhlizin əhəmiyyəti və qarşılıqlı investisiyaların artırılması xüsusi qeyd olunub.Tərəflər həmçinin regional təhlükəsizlik məsələlərini müzakirə edib, Yaxın Şərqdə gərginliklə bağlı narahatlıqlarını ifadə edərək diplomatik həll yollarını dəstəklədiklərini bildiriblər.Görüşdə Azərbaycan-Ermənistan normallaşma prosesi və azad edilmiş ərazilərdə aparılan bərpa işləri barədə də məlumat verilib.