Bu günə xəbərlərin oxunma sayı: 666
— 08.04.2026 16:11

İlham Əliyev Məsud Pezeşkianı təbrik edib

Prezident İlham Əliyev İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkiana zəng edib.Dövlət başçısı İran İslam Respublikası və Amerika Birləşmiş Ştatları arasında elan edilmiş atəşkəslə bağlı təbriklərini çatdırıb.Məsud Pezeşkian bu təbriklərə və Azərbaycanın İrana göstərdiyi humanitar yardıma görə dövlət başçısına minnətdarlığını bildirib.Telefon söhbəti zamanı ikitərəfli əməkdaşlığa dair məsələlər barədə fikir mübadiləsi aparılıb.