Bu günə xəbərlərin oxunma sayı: 666
—
08.04.2026 10:27
Füzuli sakinləri narkotik dövriyyəsində şübhəli bilinərək həbs edilib
Füzuli Polisinin keçirdiyi əməliyyatla narkotiklərin qanunsuz dövriyyəsini təşkil etməkdə şübhəli bilinən Telman Nəsirov və Elşad Məhərrəmov saxlanılıblar.Onlara məxsus nəqliyyat vasitəsindən 15 kiloqram marixuana və 2970 ədəd psixotrop tərkibli metodon həbi aşkarlanıb. Saxlanılan şəxslərin müxtəlif İran vətəndaşları ilə cinayət əlaqəsinə girərək narkotikləri qazanc əldə etmək və müxtəlif ünvanlara yerləşdirmək məqsədi ilə əldə etdikləri məlum olub.Faktla bağlı adıçəkilən şəxslər barəsində həbs qətimkan tədbiri seçilib. Araşdırma aparılır.
- Baxış: 61
