Bu günə xəbərlərin oxunma sayı: 666
— 07.04.2026 16:13

İlham Əliyev Türkiyə Ali Məhkəməsinin Baş prokurorunu qəbul edib

Prezident İlham Əliyev aprelin 7-də Türkiyə Ali Məhkəməsinin Baş prokuroru Muhsin Şentürkü qəbul edib.Görüşdə Azərbaycan -Türkiyə münasibətlərinin qardaşlıq və strateji müttəfiqlik prinsiplərinə əsaslandığı vurğulanıb, iki ölkə arasında əməkdaşlığın bütün sahələrdə uğurla inkişaf etdiyi qeyd olunub.Həmçinin prokurorluq orqanları arasında əlaqələrin möhkəmləndiyi bildirilib, Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlığın əhəmiyyəti qeyd edilib.Sonda əməkdaşlığın gələcək perspektivləri müzakirə olunub.