Bu günə xəbərlərin oxunma sayı: 666
—
07.04.2026 16:11
Azərbaycan XİN BƏƏ-nin Dəməşqdəki səfirliyinə hücumu pisləyib
Azərbaycan Xarici İşlər Nazirliyi bir qrup etirazçının Birləşmiş Ərəb Əmirliklərinin Suriyanın paytaxtı Dəməşqdəki səfirliyinə hücumunu pisləyib.Nazirlik “X” hesabında bildirib ki, diplomatik missiyalara qarşı bu cür zorakılıq aktları qəbuledilməzdir və bu, Diplomatik Münasibətlər üzrə Vyana Konvensiyasının, eləcə də beynəlxalq hüququn kobud şəkildə pozulmasıdır. Azərbaycan tərəfi Suriya hökumətinin hadisə ilə bağlı bəyanatını və təqsirkarların məsuliyyətə cəlb olunması üçün görüləcək tədbirlərlə bağlı öhdəliyini alqışlayır.
- Baxış: 51
