Bu günə xəbərlərin oxunma sayı: 666
—
07.04.2026 16:10
İsrailin İstanbuldakı baş konsulluğunun qarşısında silahlı insident baş verib
İsrailin İstanbuldakı baş konsulluğunun yerləşdiyi binanın qarşısında silahlı insident baş verib.Şəhərin Levent bölgəsində baş verən qarşıdurmanın təxminən 5 dəqiqə davam etdiyi, polisə atəş açan 3 terroristin biri öldürülüb, ikisi yaralı halda zərərsizləşdirilib. Hadisə nəticəsində 2 polis yaralanıb.TRT Haber Türkiyənin ədliyyə nazirliyinə istinadən istintaqın başladıldığını açıqlayıb.Terrorçuların kimliyi müəyyən edilib, onlar İzmitdən kirayə avtomobillə gəlib. Şəxslərdən biri dini qrupla əlaqəlidir, digər ikisi qardaşdır və onlardan birinin narkotik istifadəçisi olduğu müəyyən edilib.İstanbul valisi hadisəni provokasiya xarakterli adlandırıb, konsulluğun 2 il yarımdır fəaliyyət göstərmədiyi bildirilir.
- Baxış: 44
