Bu günə xəbərlərin oxunma sayı: 666
— 07.04.2026 10:19

Leysanın fəsadları aradan qaldırılır

Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, Bakının Sabunçu rayonunda torpaq uçqunu nəticəsində evdə çökmə olub. Dağıntı altında qalan 1996-cı il təvəllüdlü qadın xilasedicilər tərəfindən çıxarılaraq həkimlərə təhvil verilib.Faktla bağlı araşdırma aparılır.Qeyd edək ki, leysan yağışlarının yaratdığı fəsadların aradan qaldırılması davam edir. Fövqəladə Hallar Nazirliyi bildirir ki, Bakı və bölgələrdə suçəkmə və təhlükəsizlik tədbirləri fasiləsiz həyata keçirilir. Xüsusilə Sumqayıt şəhəri və Abşeron yarımadası ərazilərində işlər gücləndirilmiş rejimdə davam etdirilir.