Bu günə xəbərlərin oxunma sayı: 666
— 06.04.2026 17:39

Kəlbəcərdə vətəndaşlar səyyar tibbi müayinələrə cəlb olunub

Kəlbəcər rayonunda sakinlər səyyar tibbi müayinələrə cəlb olunub. Bu barədə TƏBİB məlumat yayıb.Bərdənin səyyar həkim briqadası tərəfindən vətəndaşlara tibbi baxış keçirilib.Müayinələr zamanı 100-dən çox sakinə 200-ə yaxın tibbi xidmət göstərilib.İşğaldan azad edilmiş ərazilərdə yaşayan əhalinin tibbi xidmətlərə çıxışını təmin etmək məqsədilə səyyar müayinələr davam etdirilir, xüsusilə ahıl şəxslər, uşaqlar və hamilə qadınlara xüsusi diqqət ayrılır.