Bu günə xəbərlərin oxunma sayı: 666
—
06.04.2026 16:30
Mehriban Əliyeva Tbilisidə Mirzə Fətəli Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyi ilə tanış olub
Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Tbilisidə Mirzə Fətəli Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyi ilə tanış olub.Muzeyin binası Mirzə Fətəli Axundzadənin vəsaiti ilə tikilib, 1982-ci ildə ev-muzeyi kimi yaradılıb. Heydər Əliyevin 1996-cı il səfərindən sonra mərkəz kimi fəaliyyətə başlayıb.2007-ci ildə muzey statusu alıb, 2013-cü ildə yenidən qurulub.Hazırda burada xalçaçılıq, muğam, rəsm və dil kursları fəaliyyət göstərir. Muzeydə 6 ekspozisiya zalı var və Azərbaycan mədəni irsi nümayiş olunur.Səfər çərçivəsində Mehriban Əliyeva xatirə kitabına ürək sözlərini yazıb, uşaqların toxuduğu xalçalar ona hədiyyə edilib.
- Baxış: 72
