Bu günə xəbərlərin oxunma sayı: 666
— 06.04.2026 12:11

Ağsuda məktəbli qardaşlara xəsarət yetirilib

Ağsuda yerləşən orta məktəblərin birində rayon sakini 34 yaşlı Dostəli Bağırovla 11-ci sinif şagirdi arasında şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı Dostəli şagirdə kəsici alətlə, həmin vaxt köməyə gələn onun 16 yaşlı qardaşına isə əli ilə vuraraq xəsarət yetirib. Polisin keçiridiyi əməliyyatla əməli törədən şəxs saxlanılıb.Şübhəli şəxsin Vətən müharibəsi qazisi olduğu bildirilir.