Bu günə xəbərlərin oxunma sayı: 666
—
03.04.2026 16:17
Baş idarə əməliyyat keçirib, 43 kq narkotik dövriyyədən çıxarılıb
Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsi tərəfindən qaçaqmalçılıq yolu ilə ölkəyə narkotik gətirən şəxslərə qarşı əməliyyat keçirilib.Astara və Qaradağ rayonlarında aparılan tədbirlər zamanı əvvəllər məhkum olunmuş Əli Məmmədov, Rəvan Hüseynov və İlkin Əhmədov saxlanılıblar.Onlardan ümumilikdə 43 kiloqramdan artıq marixuana aşkarlanaraq götürülüb.Saxlanılan şəxslər narkotikləri İran vətəndaşları ilə cinayət əlaqəsinə girərək əldə etdiklərini və satış məqsədilə müxtəlif ünvanlara yerləşdirməyi planlaşdırdıqlarını bildiriblər. Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.
- Baxış: 43
