Bu günə xəbərlərin oxunma sayı: 666
—
03.04.2026 12:33
Azərbaycan və Türkiyə hərbçilərinin birgə təlimi start götürdü
Azərbaycan və Türkiyə arasında hərbi əməkdaşlıq çərçivəsində Qarsda keçiriləcək “Heydər Əliyev-2026” birgə təliminə hazırlıq davam edir. Bu məqsədlə Naxçıvandan Sədərəkdə yerləşən “Ümid” körpüsünədək bayraq yürüşü keçirilib və iki ölkənin dövlət bayraqlarının dəyişmə mərasimi baş tutub.Tədbirdə Əlahiddə Ümumqoşun Ordunun komandanı Kənan Seyidov çıxış edərək təlimin əhəmiyyətini vurğulayıb. Ardınca şəxsi heyət və hərbi texnika təlim ərazisinə yola salınıb. Qeyd edək ki, təlimin əsas məqsədi birgə əməliyyatların icrası, koordinasiyanın gücləndirilməsi və şəxsi heyətin peşəkarlığının artırılmasıdır.
- Baxış: 41
