Bu günə xəbərlərin oxunma sayı: 666
— 03.04.2026 12:14

Astara gömrüyündə əməliyyat: Meyvə kisələrinin altından narkotik çıxdı

Astara Gömrük İdarəsinin keçirdiyi əməliyyatla “Qarışıq meyvə qurusu” yükü aparan nəqliyyat vasitəsinə stasionar rentgen qurğusu və kinoloji xidmət itinin tətbiqi ilə əsaslı gömrük yoxlaması həyata keçirilib. Yoxlama zamanı nəqliyyat vasitəsində üzəri quru meyvə ilə örtülərək gömrük nəzarətindən gizlədilən ümumi təmiz çəkisi 112 kiloqram 529 qram xüsusilə külli miqdarda narkotik vasitə - marixuana aşkar edilib.