Bu günə xəbərlərin oxunma sayı: 666
—
03.04.2026 12:12
Gürcüstanda 21 yaşlı azərbaycanlı qətlə yetirilib
Ötən gün Gürcüstanın Marneuli rayonunda baş verən qətl hadisəsi ilə bağlı Gürcüstan polisinin keçirdiyi əməliyyat-axtarışla şübhəli şəxs 2004-cü il təvəllüdlü, əvvəllər qəsdən adam öldürmə ittihamı ilə məhkum olunan kişi saxlanılıb. İstintaqla müəyyən edilib ki, aprelin 2-də Marneulidə əvvəlcədən mövcud olan narazılıq zəminində yaranmış mübahisə zamanı təqsirləndirilən şəxs 2005-ci il təvəllüdlü Ümid Bayramovu bıçaqlayaraq hadisə yerindən qaçıb. Ağır yaralanan şəxs xəstəxanaya aparılarkən həyatını itirib. Faktla bağlı araşdırma davam edir.
- Baxış: 18
