Bu günə xəbərlərin oxunma sayı: 666
—
03.04.2026 10:39
Tramp: İran razılaşma bağlamalıdır, əks halda çox gec olacaq
ABŞ Prezidenti Donald Trump İranı təcili razılaşma bağlamağa çağırıb. O, "Truth Social" platformasında gecikmənin ağır nəticələrə səbəb olacağını bildirib və Tehranın qərar verməli olduğunu vurğulayıb.ABŞ kəşfiyyatına görə, İran hərbi imkanlarının mühüm hissəsini, o cümlədən PUA-ların təxminən yarısını və sahil raketlərini qoruyub saxlayıb və hücumları davam etdirə bilər. SEPAH isə strategiyanın ABŞ və İsrailin potensialını bitirməyə yönəldiyini açıqlayıb və Hörmüz boğazında ABŞ qırıcısının vurulduğunu iddia edib.Bu arada BMT Təhlükəsizlik Şurası Bəhreynin Hörmüz boğazında gəmiçiliyin təhlükəsizliyi ilə bağlı qətnamə layihəsini müzakirə edəcək.
- Baxış: 75
