Bu günə xəbərlərin oxunma sayı: 666
—
03.04.2026 10:37
Gəncədə və Sumqayıtda bıçaqlanma olub
Gəncədə 1985-ci il təvəllüdlü E.Həsənov bud nahiyəsindən kəsilmiş-deşilmiş yara ilə xəstəxanaya yerləşdirilib, vəziyyətinin qənaətbəxş olduğu bildirilir.Onun hansı şəraitdə xəsarət alması hələlik məlum deyil. Sumqayıt şəhərində isə mübahisə qanla bitib. İlkin məlumata görə, tərəflər arasında baş verən mübahisə zamanı 1988-ci il təvəllüdlü Bəkirov Anar Xaləddin oğlu bıçaqlanıb. Eyni zamanda 1999-cu il təvəllüdlü İsmayılov Rəvan Tofiq oğlunun baş nahiyəsinə daşla zərbələr endirilib.Faktlar araşdırılır.
- Baxış: 60
