Bu günə xəbərlərin oxunma sayı: 666
— 03.04.2026 10:36

Azərbaycan kubokunda yarımfinal başlayır

Bu gün Azərbaycan kubokunda yarımfinal mərhələsinə start verilir. İlk oyunlar eyni gündə keçiriləcək.Saat 17:30-da “Turan Tovuz” “Zirə”ni qəbul edəcək. Günün mərkəzi qarşılaşması isə saat 20:00-da Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutacaq - “Qarabağ” son çempion “Sabah”la üz-üzə gələcək.Cavab oyunları 21 və 22 aprel tarixlərinə planlaşdırılıb.