BMT Şurası Azərbaycanın təşəbbüskarı olduğu qətnaməni qəbul edib
Cenevrədə BMT-nin İnsan Hüquqları Şurasının 61-ci sessiyası çərçivəsində Azərbaycanın təşəbbüsü ilə "Dövlət xidmətlərinin şəffaf, məsuliyyətli və səmərəli çatdırılması vasitəsilə insan hüquqlarının və Davamlı İnkişaf Məqsədlərinin təşviqi" adlı qətnamə yekdilliklə qəbul edilib. Sənəd dövlət xidmətlərinin şəffaf, məsuliyyətli və səmərəli şəkildə təqdim olunması vasitəsilə insan hüquqlarının və Davamlı İnkişaf Məqsədlərinin təşviqini nəzərdə tutur. Qətnaməyə Türkiyə, Gürcüstan, Keniya, Malayziya və digər ölkələrlə yanaşı, Avropa İttifaqı dövlətləri də dəstək verib. Sənəd Azərbaycanın “ASAN Xidmət” modeli əsasında irəli sürülüb və bu sahədə ölkənin beynəlxalq nüfuzunu bir daha təsdiqləyir. Qətnamədə rəqəmsal texnologiyalar və süni intellektin korrupsiyaya qarşı mübarizədə rolu da xüsusi vurğulanır.
- Baxış: 53
