SEPAH generalı ABŞ və İsrailin İranda keçirdiyi əməliyyat zamanı öldürülüb
ABŞ və İsrailin İrana qarşı birgə əməliyyatı nəticəsində SEPAH-ın xüsusi bölməsinin komandanı general Məhəmməd Əli Fəthəlizadə öldürülüb.Bu barədə "Fars" agentliyi məlumat yayıb.O, 1 aprel tarixində öldürülüb.SEPAH isə bu gün Əbu-Dabidə (BƏƏ) ABŞ kapitalı ilə əlaqəli poladtökmə müəssisələrinə və Bəhreyndəki alüminium zavoduna zərbə endirib.Bu barədə "Al-Jazeera" SEPAH-ın bəyanatına istinadən məlumat yayıb."Bu hücumlar bir xəbərdarlıqdır. Əgər İran sənayesinə hücumlar təkrarlanarsa, növbəti cavab qat-qat ağır olacaq", - bəyanatda vurğulanıb.Daha əvvəl bildirilmişdi ki, ABŞ və İsrail İranın mərkəzi və cənub-qərb hissələrindəki poladtökmə komplekslərinə zərbə endirib. Həmçinin ABŞ-İsrail qüvvələrinin havadan zərbəsi nəticəsində İranın paytaxtı Tehran yaxınlığındakı Kərəc rayonunun Əzimiyyə bölgəsinə B1 körpüsü partlayıb, bir neçə nəfər yaralanıb.Bu körpü Tehran-Kərəc sürət yolunun üstündədir.Bu, Yaxın Şərqin ən hündür körpüsü sayılır.
- Baxış: 48
