Bu günə xəbərlərin oxunma sayı: 666
— 02.04.2026 13:43

Ölkənin müxtəlif bölgələrində yol qəzaları baş verib

Beyləqanda “Hyundai”ın idarəetməni itirərək yol kənarındakı ağaca çırpılması nəticəsində sürücü, 1989-cu il təvəllüdlü Quliyev Xəqani Xaliqəddin oğlu avtomobildə sıxılı vəziyyətdə qalıb.Xilasedicilər sürücünü xilas edərək təcili tibbi yardım briqadasına təhvil veriblər.Balakəndə “VAZ-21011” markalı avtomobilin idarəetmədən çıxaraq aşması nəticəsində sürücü - 27 yaşlı Nurlan Xəmmədov və sərnişini - 17 yaşlı Cavid Xəmmədov xəsarət alıb.Ağsuda baş verən qəza nəticəsində isə 2008-ci il təvəllüdlü Hüseynzadə Qəribxan Gulxan oğlu və 2006-cı il təvəllüdlü Paşayev Sadiq Ağasəf oğlu xəsarət alıblar.Faktlarla bağlı araşdırma aparılır.