Bu günə xəbərlərin oxunma sayı: 666
—
02.04.2026 10:27
Azərbaycan Ordusunun Aprel qələbəsindən 10 il ötür
Ordumuzun zəfər əzmini nümayiş etdirən Aprel döyüşlərindən 10 il keçir. 2016-cı il aprelin 1-dən 2-nə keçən gecə Ermənistan silahlı qüvvələrinin təxribatlarına cavab olaraq Azərbaycan Ordusunun həyata keçirdiyi əks-həmlə əməliyyatı Zəfərə gedən yolun başlanğıcı kimi qiymətləndirilir.Döyüşlər zamanı düşmənin canlı qüvvə və texnikasına ciddi zərbələr endirilib, 2 min hektardan çox ərazi, o cümlədən Lələtəpə yüksəkliyi və Cocuq Mərcanlı kəndi azad olunub.prel döyüşləri həm hərbi, həm də psixoloji baxımdan mühüm dönüş nöqtəsi olub, ordumuzun gücünü və xalqın qələbə əzmini nümayiş etdirib.Bu uğurlar 2020-ci ildə 44 günlük Vətən müharibəsində qazanılan tarixi Zəfərin əsasını təşkil edib.
- Baxış: 43
