Bu günə xəbərlərin oxunma sayı: 666
—
02.04.2026 10:20
Amnistiya aktı ədliyyə orqanları üzrə 18 mindən çox şəxsə şamil edilib
Ədliyyə Nazirliyinin məlumatına görə, Milli Məclisin 19 dekabr 2025-ci il tarixli qərarına əsasən, amnistiya 22 dekabr 2025-dən 31 mart 2026-dək ümumilikdə 18 min 203 nəfərə tətbiq olunub.Onlardan 5 min 310 nəfər azadlıqdan məhrumetmə, 10 min 226 nəfər isə alternativ cəzalardan azad edilib. 2 min 648 nəfərin cəzası azaldılıb, 19 nəfər isə cinayət məsuliyyətindən azad olunub.Amnistiya həmçinin Vətən müharibəsi iştirakçıları və yaşı 60-ı keçmiş şəxsləri də əhatə edib.Amnistiya aktının icrası davam etdirilir.
- Baxış: 46
