Bu günə xəbərlərin oxunma sayı: 666
—
01.04.2026 17:45
Azərbaycan vətəndaşlarına qarşı fişinq hücumları artır
Azərbaycanda vətəndaşlara qarşı genişmiqyaslı fişinq kampaniyası aşkarlanıb. Elektron Təhlükəsizlik Xidməti tərəfindən verilən məlumata görə, 580-ə yaxın yerli domenə və 12 mindən çox vətəndaşa saxta e-poçt məktubları göndərilib.Bildirilir ki, məktublar hüquq-mühafizə orqanlarının adından hazırlanıb və istifadəçilərin şəxsi məlumatlarını ələ keçirməyə yönəlib.Xidmət vətəndaşlara şübhəli məktubları açmamağı, linklərə keçid etməzdən əvvəl yoxlama aparmağı və naməlum faylları yükləməməyi tövsiyə edir.Faktla bağlı araşdırmalar davam edir.
- Baxış: 59
