Bu günə xəbərlərin oxunma sayı: 666
—
01.04.2026 17:29
İran rəhbərliyi atəşkəs üçün ABŞ-a müraciət edib - Tramp
ABŞ prezidenti Donald Trump öz “Truth Social” sosial şəbəkə hesabında yazıb ki, İranın yeni rəhbərliyi atəşkəs üçün Vaşinqtona müraciət edib. Onun sözlərinə görə, ABŞ bu məsələni yalnız Hörmüz boğazında təhlükəsiz və sərbəst gəmi hərəkəti təmin olunacağı halda nəzərdən keçirəcək.Tramp əlavə edib ki, bu şərtlər yerinə yetirilməyənə qədər İrana qarşı hərbi əməliyyatlar davam edəcək. Xatırladaq ki, daha əvvəl İran parlamentinin vitse-spikeri Əli Nikzad ABŞ-ın İranla danışıqlar apardığı barədə iddiaları təkzib edib və Ali Rəhbərin bu danışıqlara icazə vermədiyini bildirib.
- Baxış: 58
