Bu günə xəbərlərin oxunma sayı: 666
— 01.04.2026 14:11

Azərbaycanda Qərb Sənaye Parkı yaradılacaq

Azərbaycanda metallurgiya sənayesinin inkişafı ilə bağlı yeni addımlar atılır. Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb. Sənədə əsasən, Qərb Sənaye Parkının yaradılması dəmir filizi ehtiyatlarının emalını genişləndirəcək və sənayedə dəyər zəncirini dərinləşdirəcək. Eyni zamanda, Daşkəsən və Gədəbəydə filiz emalı müəssisələri yenilənəcək, işğaldan azad edilmiş ərazilərdə yeni yataqlar istismara veriləcək. Bu addımlar istehsal və ixrac imkanlarını artırmağa yönəlib. Sərəncamda həmçinin, mineral ehtiyatlardan səmərəli istifadə, logistika və infrastrukturun inkişafı, eləcə də dövlət-özəl tərəfdaşlığının genişləndirilməsinin vacibliyi vurğulanır.