Bu günə xəbərlərin oxunma sayı: 666
— 01.04.2026 14:10

Elektron siqaretə qadağa qüvvəyə minir: Cərimələr hansı məhsullara aiddir?

1 aprel 2026-cı ildən etibarən Azərbaycanda elektron siqaretlərin istehsalı, satışı və istifadəsi qadağan olunub. “Tütün və tütün məmulatı haqqında” qanuna edilən dəyişikliklərə əsasən, qadağan olunmuş yerlərdə istifadəyə görə 30 manat cərimə tətbiq ediləcək.Qanuna görə, elektron siqaretlər nikotin tərkibli və ya tərkibsiz buxarın tənəffüs yolu ilə istifadə olunması üçün nəzərdə tutulmuş cihazlardır. Qızdırılan tütün çubuqları isə elektron siqaret hesab edilmədiyi üçün onlara görə cərimə nəzərdə tutulmayıb.Ekspertlər bildirir ki, qadağa yeniyetmələrdə asılılığın qarşısını almağa və cəmiyyətin sağlamlığını qorumağa yönəlib.