Bu günə xəbərlərin oxunma sayı: 666
— 01.04.2026 14:08

Ötən ay 5 min hektardan çox ərazi minalardan təmizlənib

ANAMA mart ayında azad olunmuş ərazilərdə humanitar minatəmizləmə əməliyyatları keçirib. Bu müddətdə 267 tank, 236 piyada əleyhinə mina və 4 922 partlamamış hərbi sursat aşkarlanıb və zərərsizləşdirilib. Ümumilikdə 5 336,5 hektar ərazi minalardan təmizlənib.