Plastik və Rekonstruktiv Cərrahiyyə Klinikası yaxın günlərdə tam fəaliyyətə başlayacaq
Azərbaycanın Plastik və Rekonstruktiv Cərrahiyyə Klinikası yaxın günlərdə tam fəaliyyətə başlayacaq. Əziz Əliyev adına Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun rektoru Nazim Pənahov bildirib ki, klinika tibbi xidmətlərin keyfiyyətini artıracaq, ixtisaslı kadrların hazırlanmasına töhfə verəcək və vətəndaşların müalicə üçün xaricə getməsinin qarşısını alacaq.Baş həkim Dilqəm Məmmədov qeyd edib ki, klinika həm tədris, həm də praktika bazası kimi fəaliyyət göstərəcək, multidissiplinar əməkdaşlıq quracaq və ən son texnologiyalardan istifadə edəcək.Klinikada rekonstruktiv, estetik və mikrocərrahiyyə əməliyyatları, yanıq və postyanıq bərpa, onkoplastik əməliyyatlar, rinoplastika, blefaroplastika, mammoplastika və digər estetik əməliyyatlar icra olunacaq.
- Baxış: 43
