Bu günə xəbərlərin oxunma sayı: 666
— 31.03.2026 17:42

SEPAH: İran ordusunun Baş Qərargah rəisinin müşaviri öldürülüb

İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin müşaviri general-leytenant Cəmşid Eshaqi ABŞ və İsrailin zərbəsi nəticəsində həlak olub.Bu barədə SEPAH komandanı general-mayor Əhməd Vahidi bildirib. ABŞ və İsrailin İranın şimal-qərbindəki Zəncan şəhərində yerləşən dini kompleksə endirdiyi hava zərbəsi nəticəsində 4 nəfər ölüb, daha 26 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.Daha əvvəl İranın "SNN" telekanalı hücum nəticəsində günbəzə və minarələrə ziyan dəydiyi barədə məlumat vermişdi.