Bu günə xəbərlərin oxunma sayı: 666
— 31.03.2026 16:09

Azərbaycanda yollarda yeni elektron tərəzilər istismara veriləcək

Aprelin 2-dən Azərbaycanda avtomobil yollarında elektron tərəzilər istifadəyə veriləcək.Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi bildirir ki, qurğular əsasən M-2 və R-18 yollarında yerləşir. O cümlədən, Gəncə ərazisində  M-2 yolunun 343.3-cü km-də hər iki istiqamət üzrə elektron tərəzilər quraşdırılıb. Sürücülərdən çəki və qabarit normalarına əməl etmələri tələb olunur. Qayda pozuntularına görə inzibati məsuliyyət nəzərdə tutulur.