Bu günə xəbərlərin oxunma sayı: 666
— 31.03.2026 14:25

Həlak olan minatəmizləyənlərin ailələrinə Prezident təqaüdü veriləcək

Prezident İlham Əliyevin Fərmanı ilə minatəmizləmə zamanı partlayıcı sursatların işə düşməsi nəticəsində həlak olan və ya xəsarət alaraq həyatını itirən minatəmizləyənlərin ailə üzvlərinə aylıq 700 manat təqaüd təsis edilib. Təqaüd dul arvad/ər, valideynlər, 18 yaşına çatmamış və ya əlilliyi olan övladlar, uşaq evində tərbiyə olunan qardaş və bacılar, eləcə də digər qohumları olmayan baba və nənələrə ödəniləcək. Təqaüd dövlət büdcəsi hesabına Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən verilir və həm keçmiş, həm də gələcək hadisələr üçün şamil olunur.