Bu günə xəbərlərin oxunma sayı: 666
—
31.03.2026 12:13
Azərbaycan Ordusunun yeni hərbi obyektləri istifadəyə verilib
Müdafiə Nazirliyinin rəhbər heyəti bir sıra yeni hərbi obyektlərin açılışında iştirak edib. Mühəndis Qoşunlarının Mühəndis-İstehkam Mərkəzi, Psixoloji Təminat İdarəsi və Bakı Hərbi Psixoloji Sağlamlıq Mərkəzi, eləcə də Hüquq İdarəsinin yeni inzibati binaları istifadəyə verilib. Yeni obyektlərdə müasir təlim və simulyasiya sistemləri, psixoloji reabilitasiya imkanları və hərbi hüquqi xidmətlərin səmərəli təşkili üçün şərait yaradılıb.
- Baxış: 70
