Bu günə xəbərlərin oxunma sayı: 666
— 31.03.2026 12:10

İsmayıllı və Goranboyda ağır yol qəzaları baş verib

İsmayıllının Topçu kəndində Nicat Əsgərovun idarə etdiyi "VAZ-2115" markalı avtomobilin yoldan çıxaraq aşması nəticəsində sərnişinlər - 19 yaşlı Lamiyə Qurbanova və 3 yaşlı qız hadisə yerində ölüblər. Avtomobildə olan 21 yaşlı Rahil Qurbanov, 5 yaşlı qız və 7 yaşlı oğlan xəsarət alıblar.Fakt araşdırılır.
Goranboyda isə hərəkətdə olan avtomobil yolu qarşı tərəfə keçmək istəyən 1963-cü il təvəllüdlü Z. Hüseynovu vuraraq öldürüb.