Bu günə xəbərlərin oxunma sayı: 666
— 31.03.2026 12:09

DÇ-2026: Avropa zonası üzrə pley-off mərhələsinin final oyunları keçiriləcək

Bu gün futbol üzrə dünya çempionatının Avropa zonası üzrə pley-off mərhələsində final qarşılaşmaları keçiriləcək. Görüşlər Bakı vaxtı ilə saat 22:45-də start götürəcək. Bosniya və Herseqovina öz meydanında İtaliyanı qəbul edəcək. İsveç yığması evdə Polşa ilə üz-üzə gələcək. Türkiyə millisi səfərdə Kosovo ilə qarşılaşacaq. Günün digər oyununda isə Çexiya komandası Danimarka ilə münasibətlərinə aydınlıq gətirəcək.Qeyd edək ki, bu qarşılaşmaların qalibləri futbol üzrə 2026-cı il dünya çempionatının final mərhələsinə vəsiqə qazanacaqlar. Turnir iyunun 11-dən iyulun 19-dək ABŞ, Kanada və Meksikada keçiriləcək. İlk dəfə olaraq mundialda 48 komanda iştirak edəcək.