Bu günə xəbərlərin oxunma sayı: 666
— 31.03.2026 10:34

XİN 31 Mart soyqırımı ilə bağlı bəyanat yayıb, Prezident və Birinci vitse-prezident qurbanları ehtiramla yad edib

Xarici İşlər Nazirliyi 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı bəyanat yayıb.Bəyanatda qeyd olunur ki, həmin dövrdə Bakı Sovetinin və “Daşnaksutyun” partiyasının silahlı dəstələri tərəfindən azərbaycanlılara qarşı kütləvi qırğınlar törədilib.Bu hadisələr etnik nifrət zəminində törədilmiş və tarixə ən faciəli səhifələrdən biri kimi düşüb.Müstəqillikdən sonra ümummilli lider Heydər Əliyevin fərmanı ilə bu hadisələrə hüquqi-siyasi qiymət verilib.Azərbaycan xalqı bu faciəni heç vaxt unutmayacaq və soyqırımı qurbanlarının xatirəsini dərin ehtiramla yad edir.Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva da sosial şəbəkə hesablarında bu gün ilə bağlı paylaşım edib."Soyqırımı qurbanlarının nurlu xatirəsini ehtiramla yad edirəm. Allah bütün şəhidlərimizə rəhmət eləsin"-deyə paylaşımda qeyd olunur.