Bu günə xəbərlərin oxunma sayı: 666
—
31.03.2026 10:31
İrandan atılan ballistik raket zərərsizləşdirildi, Azərbaycan Türkiyəyə dəstəyini açıqladı
İrandan atıldığı müəyyən edilən ballistik raket NATO-nun bölgədə yerləşdirilmiş hava və raketdən müdafiə sistemləri tərəfindən Aralıq dənizinin şərqində zərərsizləşdirilib.Bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.Türkiyə ərazisi və hava məkanına yönələn istənilən təhdidə qarşı bütün zəruri tədbirlər qətiyyətlə həyata keçirilir və bölgədəki hadisələr diqqətlə izlənilir.Azərbaycanın Müdafiə Nazirliyi də məsələ ilə bağlı bəyanat yayıb. Bəyanatda İran ərazisindən Türkiyəyə doğru ballistik raketin buraxılması qətiyyətlə pislənilib.Rəsmi Bakı qardaş Türkiyə ilə həmrəy olduğunu vurğulayaraq, onun təhlükəsizliyi və ərazi bütövlüyünə dəstəyini bir daha ifadə edib.
- Baxış: 64
