Bu günə xəbərlərin oxunma sayı: 666
—
19.03.2026 17:47
Prezident Ramazan bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib
Prezident İlham Əliyev Ramazan bayramı münasibətilə xalqa təbrik ünvanlayıb."Ramazan ayı mənəvi saflıq, mərhəmət və həmrəylik dəyərlərini təcəssüm etdirir, insanları xeyirxahlığa və yardımlaşmaya səsləyir"- deyə, təbrikdə qeyd olunur.Dövlət başçısı vurğulayıb ki, İslam dini tarixən Azərbaycanda tolerantlıq mühitinin formalaşmasında mühüm rol oynayıb, ölkə isə müxtəlif inancların dinc yanaşı yaşadığı məkan kimi seçilir.Prezident həmçinin xalqın birliyi, dövlətin əmin-amanlığı və tərəqqisi üçün edilən dualara qoşulduğunu bildirib, şəhidlərin xatirəsini ehtiramla yad edib.Sonda ölkə başçısı vətəndaşlara xoşbəxtlik, bol ruzi-bərəkət arzulayıb və duaların qəbul olunmasını diləyib.
- Baxış: 30
