Bu günə xəbərlərin oxunma sayı: 666
—
18.03.2026 16:31
Parataekvondoçularımıza "Əməkdar idman ustası" fəxri adı verilib
Parataekvondoçular İmaməddin Xəlilov və Sabir Zeynalova “Azərbaycan Respublikasının Əməkdar idman ustası” fəxri adı verilib. Qərar Gənclər və İdman Nazirliyinin Kollegiya iclasında qəbul olunub.Qeyd edək ki, İmaməddin Xəlilov Paris-2024 Yay Paralimpiya Oyunlarının çempionu, həmçinin dünya və ikiqat Avropa çempionudur.Sabir Zeynalov isə Paris-2024 Yay Paralimpiya Oyunlarının, eləcə də dünya və Avropa çempionatlarının bürünc mükafatçısıdır.
- Baxış: 108
