Bu günə xəbərlərin oxunma sayı: 666
—
17.03.2026 17:45
Ceyhun Bayramov və Sikorski Cənubi Qafqazdakı təhlükəsizlik vəziyyətini müzakirə ediblər
Xarici işlər naziri Ceyhun Bayramov və Polşanın baş nazirinin müavini, xarici işlər naziri Radoslav Sikorski telefon danışığında Yaxın Şərq və Cənubi Qafqazda təhlükəsizlik vəziyyətini müzakirə ediblər.Polşa tərəfi martın əvvəlində İrandan Azərbaycan ərazisinə edilən dron hücumunu pisləyərək bunu beynəlxalq hüququn pozulması kimi qiymətləndirib.Tərəflər həmçinin bölgədə davam edən münaqişələrin mümkün siyasi və iqtisadi nəticələrini nəzərdən keçiriblər.Polşa öz diplomatlarının və vətəndaşlarının İrandan təxliyəsinə göstərilən dəstəyə görə Azərbaycana təşəkkür edib. İki ölkə arasında siyasi, iqtisadi və enerji sahələrində əməkdaşlığın geniş perspektivə malik olduğu vurğulanıb.
- Baxış: 52
