Bu günə xəbərlərin oxunma sayı: 666
— 17.03.2026 17:35

Təcridxanaya narkotik keçirmək cəhdi boşa çıxdı

2 saylı istintaq təcridxanasına narkotik və psixotrop maddələrin keçirilməsinin qarşısı alınıb.Həbs olunmuş şəxsə qohumu tərəfindən gətirilmiş sovqata baxış keçirilən zaman orada olan ayaqqabının içərisində xüsusi üsulla gizlədilən 2 ədəd bükülüdə 2,810 qram qurudulmuş marixuana və 1,233 qram metamfetamin aşkar olunub.Faktla bağlı araşdırma aparılır.