Bu günə xəbərlərin oxunma sayı: 666
— 17.03.2026 16:10

Sürət qatarına daş atan daha 4 yeniyetmə müəyyən edilib

Bakı–Sumqayıt marşrutu üzrə hərəkət edən sürət qatarına daş atan daha 4 yeniyetmə müəyyən edilib. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.Polisin keçirdiyi tədbirlər nəticəsində yeniyetmələr valideynləri ilə birlikdə polisə dəvət olunub, onlarla profilaktik söhbətlər aparılıb.Bu cür halların sərnişinlərin və qatar heyətinin həyatına ciddi təhlükə yaratdığı bildirilib.