Bu günə xəbərlərin oxunma sayı: 666
—
16.03.2026 17:29
Starmer: Hörmüz boğazının açılması NATO çərçivəsində həyata keçirilməyəcək
Hörmüz boğazının açılması əməliyyatı NATO çərçivəsində həyata keçirilməyəcək.Bu barədə Böyük Britaniyanın Baş naziri Kir Starmer mətbuat konfransında bildirib."Biz Hörmüz boğazının blokadadan çıxarılması istiqamətində digər ölkələrlə işləyirik. İcazə verin aydınlıq gətirim: bunun NATO missiyası çərçivəsində ediləcəyi heç vaxt nəzərdə tutulmayıb. Bu, tərəfdaşlar alyansı olmalıdır. Buna görə də biz həm Avropada, həm də Fars körfəzi ölkələrindəki tərəfdaşlarla və ABŞ ilə işləyirik", - o bildirib.
- Baxış: 54
