Prezident İlham Əliyev: Regional təhlükəsizlik Azərbaycan üçün bir nömrəli məsələdir
Bakıda, “Gülüstan” sarayında Azərbaycan Prezidenti İlham Əliyevin himayəsi və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə “Keçid dövründə olan dünyada fikir ayrılıqlarının aradan qaldırılması” mövzusunda XIII Qlobal Bakı Forumu keçirilib.İlham Əliyev bildirib ki, regional təhlükəsizlik Azərbaycan üçün hər zaman bir nömrəli prioritet olub.Prezident qeyd edib ki, təhlükəsizlik, sabitlik və müdafiə məsələləri hazırkı beynəlxalq şəraitdə bütün ölkələrin gündəliyində əsas yer tutur.Azərbaycan suverenliyini və ərazi bütövlüyünü bərpa etdikdən sonra artıq yeddi aydır sülh şəraitində yaşayır. Onun sözlərinə görə, regionda sabitliyin təmin olunması üçün güclü siyasi iradə və qarşılıqlı əməkdaşlıq vacibdir.İlham Əliyev həmçinin bildirib ki, Azərbaycan regionda davamlı sülhün təmin olunmasına və beynəlxalq təhlükəsizliyə töhfə verməyə davam edəcək.
- Baxış: 58
