Bu günə xəbərlərin oxunma sayı: 666
— 12.03.2026 14:17

İlham Əliyev Bosniya və Herseqovina Rəyasət Heyətinin üzvü ilə görüşüb

Prezident İlham Əliyev Bosniya və Herseqovina Rəyasət Heyətinin üzvü Jelka Tsviyanoviç ilə görüşüb. Görüşdə ölkələr arasında münasibətlərin genişlənməsi və əməkdaşlıq perspektivləri müzakirə olunub. Jelka Tsviyanoviç Qlobal Bakı Forumunda iştirakını xatırladıb və XIII forumun yüksək səviyyədə təşkil olunduğunu qeyd edib. Forumda qlobal aktual məsələlər müzakirə olunub.