İsrail Ordusu Tehranda hökumət obyektlərinə yeni zərbələr endirib
İsrailin Müdafiə Ordusu İranın Tehran şəhərində hökumət obyektlərinə qarşı yeni genişmiqyaslı zərbələr endirildiyini elan edib. "Hizbullah" isə İsrailə qarşı yönəlmiş "Yeyilmiş qartal" əməliyyatına başladığını elan edib.Həmçinin İraqın cənubunda tankerlərə edilən hücumlar nəticəsində bir neçə nəfər ölüb, xəsarət alanlar var. Məlumata görə, onların sayı və vətəndaşlığı müəyyən edilir. ABŞ Prezidenti Donald Tramp isə bildirib ki, Vaşinqtonun İrana qarşı hərbi əməliyyatlarını dayandırmaq üçün təcili planı yoxdur.Onun sözlərinə görə, ABŞ-nin əsas məqsədi mümkün qədər tez qələbə qazanmaqdır. Tramp bildirib ki, münaqişə daha da şiddətlənərsə, Birləşmiş Ştatlar İranın elektroenergetika sistemini bir saat ərzində məhv edə bilər. Rəsmi Tehran isə deyib ki, regional sülhə sadiqdir, lakin gələcəkdə ABŞ və İsraildən hücum etməmək barədə qəti zəmanətlər lazımdır.
- Baxış: 52
