Bu günə xəbərlərin oxunma sayı: 666
— 11.03.2026 12:18

Hörmüz boğazında daha bir gəmi mərmi ilə vurulub

Hörmüz boğazı yaxınlığında daha bir ticarət gəmisi naməlum mərmi ilə vurulub.Bu barədə Böyük Britaniyanın Dəniz Ticarət Əməliyyatları İdarəsi – UKMTO məlumat yayıb.Hadisə Rəs əl-Xeymə yaxınlığında baş verib. Zərbə nəticəsində gəmi zədələnib və yardım istəyib. Ekipajın təhlükəsiz olduğu bildirilir, zərərin miqyası isə araşdırılır.Hazırda heyətin təxliyəsi həyata keçirilir və bölgədəki gəmilərə yüksək ehtiyatlılıq tövsiyə olunub.