Bu günə xəbərlərin oxunma sayı: 666
— 11.03.2026 10:28

Azərbaycandan keçməklə Ermənistana 1000 tondan çox Rusiya taxılı göndərilir

Bu gün Azərbaycan ərazisindən keçməklə Ermənistana ümumi çəkisi 1 023 ton Rusiya taxılı daşıyan 11 vaqondan ibarət yük qatarı "Azərbaycan Dəmir Yolları" QSC-nin Biləcəri Dəmiryol Stansiyasından yola düşür.Qatar Böyük Kəsik Dəmiryol Stansiyasından Gürcüstana keçəcək, oradan isə Ermənistan istiqamətində hərəkət edəcək.Sonuncu dəfə martın 9-da Azərbaycan ərazisindən keçməklə Ermənistana 488 ton Rusiya taxılı daşıyan 7 vaqondan ibarət yük qatarı yola salınıb.