Bu günə xəbərlərin oxunma sayı: 666
— 11.03.2026 10:25

Gəncədə "qara bazar"da qiyməti 1,5 milyon manatdan çox olan heroin aşkarlanıb

Gəncədə narkotiklərin qanunsuz dövriyyəsinə qarşı keçirilən əməliyyatla 33 yaşlı Ədil Ədilov narkokuryerlikdə şübhəli bilindiyi üçün saxlanılıb.Onun üzərindəki idman çantasından 27 kiloqram 475 qram heroin aşkarlanıb.Saxlanılan şəxs narkotikləri sosial şəbəkədə tanış olduğu, şəxsiyyəti araşdırılan İran vətəndaşından aldığını və şəhər ərazisində müxtəlif ünvanlara çatdırmağı planlaşdırdığını bildirib.Götürülən heroinin qara bazardakı dəyəri təxminən 1 milyon 600 min manatdır.Faktla bağlı  saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib. İstintaq tədbirləri davam etdirilir.