Bu günə xəbərlərin oxunma sayı: 666
— 10.03.2026 17:49

Cəriməni ödəməyən məhkumların borcu əməkhaqqından tutulacaq

Azərbaycanda məhkum cəriməni vaxtında ödəmədikdə məbləğ ilk növbədə onun əməkhaqqından tutulacaq.Bununla bağlı Prezident İlham Əliyev Cəzaların İcrası Məcəlləsinə dəyişikliyi imzalayıb.Yeni qaydaya əsasən, cərimə müəyyən edilmiş müddətdə ödənilmədikdə məhkəmə qərarı ilə məcburi icraya yönəldiləcək. Məhkumun əməkhaqqı və ya gəliri olmadıqda isə cərimə onun əmlakı və ya mülkiyyətdə olan payı hesabına ödəniləcək.