Bu günə xəbərlərin oxunma sayı: 666
—
10.03.2026 17:35
Bəhreyn və BƏƏ İranın raket və dron hücumlarını dəf edir
Bəhreynin hava hücumundan müdafiə sistemləri İran tərəfindən atılan 105 raketi məhv edib.ABŞ qüvvələrinin yerləşdiyi ölkələrə qarşı hücumlar başlayandan indiyədək 176 İran pilotsuz uçuş aparatı da zərərsizləşdirilib. Hava hücumundan müdafiə sistemləri hücumlara cavab verməkdə davam edir.
Birləşmiş Ərəb Əmirliklərinin Müdafiə Nazirliyi də İran ərazisindən atılan raket və pilotsuz uçuş aparatlarına qarşı hava hücumundan müdafiə sistemlərinin aktiv şəkildə işlədiyini açıqlayıb.
- Baxış: 51
